Bakı məktəbində şagirdlərə 1 aydır ki, qayıb yazılır.
NOCOMMENT.az lent.az-a istinadən xəbər verir ki, qayiblər ənənəvi kağız jurnala qeyd olunub.
Məlumata görə, həmin jurnal Yasamal rayon Aytəkin Məmmədov adına 38 saylı tam orta məktəbə məxsusdur.
Onların neçənci sinif şagirdləri olduqları bəlli olmasa da, jurnalda “Coğrafiya” və “İnformatika” fənnləri üzrə şagirdlərin sentyabr-oktyabr ayındakı davamiyyətləri qeyd olunub. Şəkillərdən aydın olur ki, şagirdlərin 90%-dən çoxu həmin dərslərdə 1 ay müddətində iştirak etməyiblər.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlanıb.
