AZ

Sarsılmaz Tərəfdaşlıq-2025 birgə XTQ təlimi sona çatıb

Bakı, TurkicWorld

Ölkəmizdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə keçirilən "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi oktyabrın 30-da sona çatıb.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, təlimin bağlanış mərasimində əvvəlcə hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və BƏƏ-nin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb.

Mərasimdə çıxış edənlər Azərbaycan və BƏƏ-nin xüsusi təyinatlıları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, keçirilən birgə təlimin ölkələrin XTQ mənsubları arasında təcrübə mübadiləsi, döyüş hazırlığı səviyyəsinin artırılması və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb, hədiyyə mübadiləsi həyata keçirilib.
Mərasimin sonunda xatirə fotosu çəkdirilib.

Seçilən
9
15
turkic.world

10Mənbələr