AZ

"Sarsılmaz Tərəfdaşlıq-2025"

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin bağlanış mərasimində əvvəlcə hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və BƏƏ-nin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb.

Mərasimdə çıxış edənlər Azərbaycan və BƏƏ-nin xüsusi təyinatlıları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, keçirilən birgə təlimin ölkələrin XTQ mənsubları arasında təcrübə mübadiləsi, döyüş hazırlığı səviyyəsinin artırılması və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb, hədiyyə mübadiləsi həyata keçirilib.
Mərasimin sonunda xatirə fotosu çəkdirilib.

AzVision.az

Seçilən
19
15
azvision.az

10Mənbələr