AZ

“Mançester Yunayted”də Lisandro Martines sevinci - ARENA.AZ

İngiltərənin “Mançester Yunayted” klubunun argentinalı futbolçusu Lisandro Martines uzunmüddətli zədədən sonra məşqlərə başlayıb.

Arena.az xəbər verir ki, o, komandasının sonuncu məşqində iştirak edib.

Xatırladaq ki, argentinalı müdafiəçinin bu ilin əvvəlində dizində çarpaz bağ yırtıldığı üçün uzun müddət yaşıl meydanlardan kənar qalıb. Artıq sıraya dönmüş futbolçunun tezliklə komandasının oyunlarında iştirakı gözlənilir.

Lisandro Martines 2022-ci ilin yayında Niderland təmsilçisi “Ayaks”dan 57,37 milyon avro müqabilində “Mançester Yunayted”ə keçib. 27 yaşlı futbolçunun İngiltərə klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.

Martines Mançester klubunun heyətində 91 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Lisandro 2019-cu ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 26 oyuna çıxıb, 1 qola imza atıb. Mərkəz müdafiəçisi 2022-ci ildə Argentina yığması ilə Qətərdəki dünya çempionatının qalibi olub.

Argentinalı futbolçu daha öncə “Ayaks”, “Defensa və Xustisiya”, həmçinin “Nyuells Old Boyz” klublarının da formasını geyinib.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
35
31
arena.az

10Mənbələr