
Suraxanı rayonu, Hövsan Qaz Tənzimləyici Məntəqəsində də aşkar olunmuş qaz sızmalarının ləğv olunması ilə əlaqədar 31.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Missiya.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
