AZ

Bu gün Hövsanda qaz olmayacaq - XƏBƏRDARLIQ


Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Məlumatda deyilir ki, Suraxanı rayonu, Hövsan Qaz Tənzimləyici Məntəqədə aşkar olunmuş qaz sızmalarının ləğv olunması ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Məlumata əsasən, təmir-bərpa işləri aparılan müddətdə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mətləb

Seçilən
10
10
baki-xeber.com

10Mənbələr