AZ

Bakıdan Naxçıvana avtomobil gətirmək adı ilə 60 minə yaxın pul mənimsədi, TUTULDU FOTO/VİDEO

Bizim media saytına istinadən ain.az xəbər verir.

İnsanları paytaxtdan avtomobil gətirmək adı altında aldadan şəxs saxlanılıb.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə paytaxtdan münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Naxçıvan ŞPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Aytəkin Alxaslı, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
13
bizim.media

10Mənbələr