AZ

Naxçıvanda 9 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə paytaxt Bakıdan Naxçıvana münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58 min 500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub

Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsində dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
9
bizimyol.info

10Mənbələr