Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Keçirdiyimiz qəbullar zamanı seçicilərimizin mütəmadi qaldırdığı bir məsələni diqqqətinizə çatdırmaq istəyirəm. Əslində bu məsələ təkcə mənim təmsil olunduğum dairənin yox, əksər kənd rayonlarının seçicilərini narahat edən məsələdir. Bu, vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqları ilə bağlıdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Azər Badamov bildirib.
Deputat qeyd edib ki, seçicilər müraciətlərdə pay torpaqını bir neçə il dincə qoyandan sonra onun üzərinə bitmiş kol-kosdan təmizlənməsi problemi ilə qarşılaşdığını bildirirlər:
“Hətta mülkiyyətdəki torpaqda texniki yollarla ağac yetişdirib onu kəsib istifadə etmək də olmaz. Halbuku, mülkiyyət sahibi torpağında yetişdirdiyi ağacın böyüməsinə kifayət qədər zəhmət qoyur və onu gələcəkdə öz istəyinə uyğun istifadə etmək məqsədilə əkir. Həm də topraq sahibi mülkiyyətindəki torpaqın üzərində yaşıllıq olub olmamasına baxmayaraq bütün ərazisinin vergisini verir, amma ərazidən tam şəkildə istifadə edə bilmir”.
A.Badamov vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyasının 20 -ci maddəsinin 3-cü bəndində Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir yazılıb:
“Amma digər qanunlarda isə vətəndaşın mülkiyyətində olan pay torpaqında hətta özünün şəxsi istifadəsi üçün texniki yolla yetişdirildiyi ağacların kəsilməsi və ərazini kol-kosdan təmizlənməsi cinayət məsuliyəti yaradır. Hörmətli həmkarlar, mən hüquqşunas deyiləm. Ona görə də müvafiq komitə tərəfindən məsələyə baxılmasını və məqəsəduyğun hesab olunduğu təqdirdə pay torpağı mülkiyyəti sahiblərini narahat edən bu məsələnin həll edilməsi üçün qanunda müvafiq dəyişikliyin edilməsi ilə bağlı addımların atılmasını təklif edirəm. Məsələ çox vacib olduğuna görə diqqətinizə çatdırdım”- o sonda bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        