AZ

Pay torpaqları ilə bağlı qanunda dəyişikliklərin edilməsi təklif olunur

Azpost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Seçicilər müraciətlərdə pay torpağını bir neçə il dincə qoyandan sonra ərazinin kol-kosdan təmizlənməsi problemi ilə qarşılaşdlarını bildirirlər. Hətta mülkiyyətdəki torpaqda texniki yollarla ağac yetişdirib,onu kəsib istifadə etmək də olmaz.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Sədr müavini bildirib ki, mülkiyyət sahibi torpağında yetişdirdiyi ağacın böyüməsinə kifayət qədər zəhmət qoyur və onu gələcəkdə öz istəyinə uyğun istifadə etmək məqsədilə əkir. Həm də topraq sahibi mülkiyyətindəki torpağın üzərində yaşıllıq olub olmamasına baxmayaraq, bütün ərazisinin vergisini verir, amma ərazidən tam şəkildə istifadə edə bilmir:

“Konstitusiyasının 20 -ci maddəsinin 3-cü bəndində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir yazılıb. Amma digər qanunlarda isə vətəndaşın mülkiyyətində olan pay torpaqında hətta özünün şəxsi istifadəsi üçün texniki yolla yetişdirildiyi ağacların kəsilməsi və ərazini kol-kosdan təmizlənməsi cinayət məsuliyəti yaradır.

Müvafiq komitə tərəfindən məsələyə baxılmasını və məqəsəduyğun hesab olunduğu təqdirdə, pay torpağı mülkiyyəti sahiblərini narahat edən bu məsələnin həll edilməsi üçün qanunda müvafiq dəyişikliyin edilməsi ilə bağlı addımların atılmasını təklif edirəm”, – deyə A.Badamov bildirib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
6
azpost.info

7Mənbələr