AZ

Prins Ovusu - “Qəbələ”də het-trik edən 7-ci futbolçu - ARENA.AZ

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Qəbələ” – “Mingəçevir” oyunu meydan sahiblərinin futbolçusu Prins Ovusu üçün əlamətdar olub.

Arena.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin görüşdə het-trikə imza atmış 19 yaşlı qanalı legioner klub tarixinə bir matçda üç qol vurmuş 7-ci futbolçu kimi düşüb.

“Qəbələ”nin tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilel Auaşeriyadır.

Xatırladaq ki, bu qarşılaşma Qəbələ təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Prins Ovusu “Qəbələ”nin əsas komandasına bu ilin yayında cəlb edilib. Onunla 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ovusu ötən mövsümdə “Qəbələ”nin U-19 komandasının formasını geyinib. O, bu komanda ilə U-19 Liqasının gümüş mükafatçısı olub.

Qanalı vinger cari mövsümdə əsas komandanın heyətində keçirdiyi 8 oyunda 5 qol vurub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
8
31
arena.az

10Mənbələr