AZ

Bakıdakı qəzada ölən tanınmış müğənni imiş -FOTO

Ötən gün Dövlət Bayrağı Meydanı yaxınlığında baş vermiş qəzada həyatını itirən qadının tanınmış müğənni Vlada Axundova olduğu müəyyənləşib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, faciəvi şəkildə ölən 37 yaşlı Vlada bir sıra musiqi müsabiqələrində, eləcə də “Səs Azərbaycan” yarışmasında iştirak edibmiş.

Araşdırmalarla müəyyən edilib ki, Səbaildəki hadisə saat 21 radələrində Yeni Salyan Yolu 20-nin qarşısında (Dövlət Bayrağı Meydanının yanı) baş verib. Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Yusif oğlu Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus “Toyota” markalı 01-CH-477 nömrəli avtomobili arxadan vurub. Nəticədə S.İsaqovun maşınında olan paytaxt sakini 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundova hadisə yerində ölüb. S.Mehdizadənin sərnişini olan 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

 




Seçilən
10
17
redaktor.az

10Mənbələr