AZ

Müğənni qəza vaxtı maşında olub - TƏFƏRRÜAT

Müğənni qəza vaxtı maşında olub - TƏFƏRRÜAT

Ötən gecə paytaxtın Səbail rayonunda müğənni Vlada Axundovanın öldüyü yol qəzasının təfərrüatları məlum olub.

Bildirilir ki, hadisə vaxtı Vlada Axundova piyada deyil, yol kənarında dayanmış avtomobilin içərisində imiş.

Belə ki, saat 21 radələrində Yeni Salyan Yolu 20-nin qarşısında (Dövlət Bayrağı Meydanının yanı) Salyan rayon sakini, 2002-ci il təvəllüdlü Seyfulla Yusif oğlu Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı, 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus “Toyota” markalı 01-CH-477 nömrəli avtomobili arxadan vurub.

Nəticədə Sadiq İsaqovun maşınında olan paytaxt sakini, 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundova hadisə yerində ölüb. Seyfulla Mehdizadənin sərnişini olan, 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
11
17
afn.az

10Mənbələr