AZ

Naxçıvanda yol qəzasında 2 nəfər xəsarət alıb

Naxçıvanda yol qəzası olub, 2 nəfər xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi ərazisində baş verib. "İnfiniti" markalı avtomobillə "VAZ 2107" markalı avtomobil toqquşub. Qəzada"VAZ 2107" minik avtomobilinin 2 nəfər sərnişini Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakinləri- 1966-cı il təvəllüdlü Nazilə Eminova və 1968-ci il təvəllüdlü Piruzə Yusifova xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Seçilən
22
3
apa.az

4Mənbələr