Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, qəza Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi ərazisində baş verib. "İnfiniti" markalı avtomobillə "VAZ 2107" markalı avtomobil toqquşub. Qəzada "VAZ 2107" minik avtomobilinin 2 nəfər sərnişini Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakinləri - 1966-cı il təvəllüdlü Nazilə Eminova və 1968-ci il təvəllüdlü Piruzə Yusifova xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta