Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 9-cu tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Qarabağ” və “Zirə” klublarının əvəzedici komandaları üz-üzə gəliblər. Tərəflər bu oyunda qol vurmadan 1 xal qazanıblar.
Turun qalan oyunları noyabrın 1-də, 2-də və 3-də keçiriləcək.
Əvəzedicilər Liqası
9-cu tur
31 oktyabr
“Qarabağ-2” – “Zirə-2” 0:0
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Rahil Ramazanov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 14:00.
1 noyabr
“Araz-Naxçıvan-2” – “Şamaxı-2”
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Rizvan Süleymanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Rekord Arena”, 14:00.
“Sabah-2” – “Kəpəz-2”
Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Asif Abdullayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 14:00.
2 noyabr
“Neftçi-2” – “Qəbələ-2”
Hakimlər: Şamil İmanzadə, Namiq Hüseynov, Mirnihad Seyidov, Murad Səlimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
3 noyabr
“Turan Tovuz-2” – “Sumqayıt-2”
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Ruslan Quliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
 
                        













































