AZ

TFF 149 hakimi cəzalandırdı - ARENA.AZ

Türkiyə Futbol Federasiyası (TFF) adları danışılmış oyunlarda hallandırlan 149 ədalət təmsilçisini hakimlik hüquqlarından məhrum edib.

Arena.az xəbər verir ki, bu barədə TFF-nin İntizam Komitəsi qərar çıxarıb.

Onlar müxtəlif müddətə futboldan kənarlaşdırılıblar. Ədalət təmsilçiləri oyunlarda mərc etdikləri üçün cəza alıblar. Cəzaların 8-12 aydan ibarət olduğu bildirilir.

FIFA referisi Zorbay Küçük, digər hakimlər Melih Kurt və Mertcan Tubayla bağlı araşdırma isə davam edəcək. Onların da müvafiq cəzalarla üzləşəcəyi istisna edilmir.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyənin müxtəlif liqalarına təyinat alan hakimlərlə bağlı böyük qalmaqal qeydə alınıb. Belə ki, Türkiyə Futbol Federasiyasının rəhbərliyi hakimlərin böyük əksəriyyətinin adlarına mərc şirkətlərində hesab olduğunu açıqlayıb. TFF prezidenti İbrahim Hacıosmanoğlu jurnalistlər üçün təşkil edilmiş xüsusi mətbuat konfransında ökədə fəaliyyət göstərən 571 aktiv hakimdən 371-nin mərc hesabı olduğunu, 371 hakimin 152-sinin aktiv olarak mərc oyunlarında iştirak etdiyini üzə çıxardıqlarını bəyan etmişdi.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
18
31
arena.az

10Mənbələr