AZ

Felipe Santos Benin millisində - ARENA.AZ

“Araz-Naxçıvan”ın əslən Braziliyadan olan futbolçusu Felipe Santos Benin milli komandasının təlim-məşq toplanışına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə vurğulanır ki, Felipe noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq. Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək. Yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə Mərakeşdə keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.

Xatırladaq ki, braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib. Bu isə ona Benin millisində oynamaq imkanı yaradıb.

Felipe Santos 2024-cü ilin yayından “Araz-Naxçıvan”da çıxış edir. 28 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 48 oyunda 16 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Santos daha öncə Azərbaycanda “Şamaxı” (25 oyun, 7 qol, 5 assist) və “Qəbələ”nin (43 oyun, 6 qol və 15 assist) də formasını geyinib. O, karyerası ərzində “Maribor”, “Hapoel” (Hayfa), “Ankaran” və “Paulista” kimi klublarda da çıxış edib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
26
31
arena.az

10Mənbələr