Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin bir müddət əvvəl “İmişli” PFK barədə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.
Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.
“İmişli” PFK AFFA İntizam Komitəsinin bu komandaya texniki məğlubiyyət və cərimə cəzası verilməsi ilə bağlı qəbul etdiyi qərardan apellyasiya şikayəti vermişdi. Apellyasiya Arbitraj Tribunalında məsələyə baxıldıqdan sonra aşağıdakı qərarlar qəbul edilib:
- “İmişli” PFK tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
- 13.09.2025-ci il tarixində Premyer Liqanın 4-cü turunun “İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində “İmişli” komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə “İmişli”yə 0:3 hesablı texniki məğlubiyyət verilməsi və 5000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılsın.
- Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
 
                        













































