AZ

Serbiyada terror təhlükəsinə görə qatarların hərəkəti dayandırılıb

Serbiyada Novi-Sad faciəsinin ildönümü ərəfəsində terror təhlükəsi səbəbindən qatarların hərəkəti dayandırılıb.Bu barədə Serbiya dəmir yollarını təmsil edən "Srbiyavoz" şirkəti məlumat yayıb.

"2025-ci il oktyabrın 31-də bütün qatarlarda və dəmir yollarında partlayıcı qurğuların yerləşdirildiyi barədə zəng daxil olub. Yaranmış vəziyyətin həlli üçün Daxili İşlər Nazirliyi ilə intensiv əməkdaşlıq edirik. Sərnişinləri və ekipajları qorumaq məqsədilə bütün qatarların hərəkətini müvəqqəti olaraq dayandırmağa məcburuq", - məlumatda deyilir.

Seçilən
6
1
anews.az

6Mənbələr