AZ

Serbiyada terror təhlükəsinə görə qatarların hərəkəti dayandırılıb

Serbiyada Novi-Sad faciəsinin ildönümü ərəfəsində terror təhlükəsi səbəbindən qatarların hərəkəti dayandırılıb.Bu barədə Serbiya dəmir yollarını təmsil edən "Srbiyavoz" şirkəti məlumat yayıb.

Şirkət yayımladığı bəyanatda bildirib ki, 2025-ci il oktyabrın 31-də bütün qatarlarda və dəmir yollarında partlayıcı qurğuların yerləşdirilməsi barədə zəng daxil olub. Daxili İşlər Nazirliyi ilə birgə araşdırma aparılır və sərnişinləri və ekipajı qorumaq məqsədilə belə addım atılıb.


Təhlükəsizlik riskinə görə dayandırılan sistemin nə zaman bərpa ediləcəyi barədə hələlik açıqlama verilməyib.

 

Seçilən
6
1
anews.az

6Mənbələr