AZ

“Suverenlik və Konstitusiya ili” çərçivəsində Bakıda “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslar” adlı tədbir baş tutub

Məlum olduğu kimi, bu gün təkcə dünyada deyil, Azərbaycanın yerləşdiyi regionda da hibrid təhdidlər, ideoloji təxribatlar, gənclərin beyinlərinin yuyulması və dezinformasiya xarakterli təbliğatın yayılması kimi məsələlər ciddi aktuallıq kəsb edir. 
News365.az xəbər verir ki, qlobal informasiya müharibəsinin gücləndiyi bir dövrdə gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşdırılması və yad təsirlərə məruz qalması cəmiyyətin ideoloji təhlükəsizliyi üçün real risk yaradır. Bu səbəbdən gənclərin xarici təsirlərdən və müdaxilələrdən qorunması, dövlətin apardığı daxili və xarici siyasətin onlara düzgün şəkildə çatdırılması, milli ideologiyanın və vətənpərvərlik dəyərlərinin sistemli şəkildə aşılanması həm dövlət, həm də cəmiyyət üçün strateji prioritet olmalıdır.
Oktyabrın sonunda Suverenlik və Konstitusiya ili çərçivəsində Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsasları” adlı tədbir  baş tutmuşdur. Tədbirdə ayrı -ayrı ali təhsil müəssisələrini təmsil edən tələbələr iştirak etmişlər.  
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirə giriş sözü ilə açan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov  qonaqları səmimi salamlayaraq seminarın mövzusunun – “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsasları” – bu gün üçün mühüm aktuallıq daşıdığını vurğulamışdır. O qeyd etmişdir ki, qlobal informasiya müharibələrinin, ideoloji təxribatların və hibrid təhlükələrin artdığı bir dövrdə bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusilə strateji bölgələrdə böyük əhəmiyyət kəsb edir. Zaur Məmmədov son 1 ay ərzində Azərbaycanın müxtəlif regionlarında bu  mövzu ətrafında görüşlərin keçirildiyini, milli suverenliyin və birliyin qorunmasının əhəmiyyətindən danışmışdır. O, hazırki çağırışlar fonunda milli birliyin vacib amil olduğunu və bu kimi tədbirlərin həmsərhəd bölgələrdə keçirilməsinin siyasi – ideoloji tərəflərinə toxunmuşdur. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident  İlham Əliyev tərəfindən davam etdirilən ideoloji siyasətin əsas istiqamətləri haqqında bəhs edərək ölkəmizin bu gün dünyada vacib yer tutduğunu xüsusilə vurğulamışdır. Zaur Məmmədov mədəni assimilyasiya təhlükələri, rəqəmsal əsrdə milli kimliyin qorunması, qarşıda duran çağırışlar və Azərbaycana qarşı aparılan ideoloji müharibə mövzularında geniş fikir mübadiləsi aparmışdır. O, xüsusilə Lənkəran  gənclərinin diqqət yetirməli olduqları məqamları ön plana çəkmiş, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Politoloq Zaur İbrahimli isə seminar iştirakçılarına mədəni assimilyasiya təhlükələri, rəqəmsal əsrdə milli kimliyin qorunması, qarşıda duran çağırışlar və Azərbaycana qarşı aparılan ideoloji müharibə mövzularında geniş fikir mübadiləsi aparmışdır. O, xüsusilə cənub regionlarının gənclərinin diqqət yetirməli olduqları məqamları ön plana çəkmiş, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Tədbir Bakı Politoloqlar Klubunun və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Lənkəran Dövlət Universitetinin təşkilati dəstəyi  ilə baş tutmuşdur. 

Seçilən
3
10
news365.az

10Mənbələr