AZ

“Hazırki çağırışlar fonunda milli birlik vacib amildir” Zaur Məmmədov

ain.az bildirir, 525.az portalına istinadən.

Suverenlik və Konstitusiya ili çərçivəsində Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsasları” adlı tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə ayrı -ayrı ali təhsil müəssisələrindən  tələbələr iştirak ediblər. 

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qonaqları salamlayaraq seminarın mövzusunun – “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsasları” – bu gün üçün mühüm aktuallıq daşıdığını vurğulayıb. O qeyd edib ki, qlobal informasiya müharibələrinin, ideoloji təxribatların və hibrid təhlükələrin artdığı bir dövrdə bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusilə strateji bölgələrdə böyük əhəmiyyət kəsb edir. 

Zaur Məmmədov son 1 ay ərzində Azərbaycanın müxtəlif regionlarında bu  mövzu ətrafında görüşlərin keçirildiyini, milli suverenliyin və birliyin qorunmasının əhəmiyyətindən danışıb. O, hazırki çağırışlar fonunda milli birliyin vacib amil olduğunu və bu kimi tədbirlərin həmsərhəd bölgələrdə keçirilməsinin siyasi – ideoloji tərəflərinə toxunub. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident  İlham Əliyev tərəfindən davam etdirilən ideoloji siyasətin əsas istiqamətləri haqqında bəhs edərək ölkəmizin bu gün dünyada vacib yer tutduğunu xüsusilə vurğulayıb.  Zaur Məmmədov mədəni assimilyasiya təhlükələri, rəqəmsal əsrdə milli kimliyin qorunması, qarşıda duran çağırışlar və Azərbaycana qarşı aparılan ideoloji müharibə mövzularında geniş fikir mübadiləsi aparıb. O, xüsusilə Lənkəran gənclərinin diqqət yetirməli olduqları məqamları ön plana çəkib, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Politoloq Zaur İbrahimli isə seminar iştirakçılarına mədəni assimilyasiya təhlükələri, rəqəmsal əsrdə milli kimliyin qorunması, qarşıda duran çağırışlar və Azərbaycana qarşı aparılan ideoloji müharibə mövzularında geniş fikir mübadiləsi aparıb. Xüsusilə cənub regionlarının gənclərinin diqqət yetirməli olduqları məqamları ön plana çəkib, vətəndaş – dövlət həmrəyliyi kimi  dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
10
525.az

10Mənbələr