AZ

Ukrayna Rusiyanın müxtəlif bölgələrinə yüzlərlə PUA ilə hücum etdi

Ukrayna Silahlı Qüvvələri Moskva və Rusiyanın digər vilayətləri istiqamətində yüzlərlə pilotsuz uçuş aparatı (PUA) buraxıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna monitorinq mənbələri məlumat yayıb. Bildirilir ki, hücumlar eyni vaxtda bir neçə istiqamətdən həyata keçirilib və əsas hədəflər arasında Moskva vilayəti, Bryansk, Kursk, Tula və Nijniy Novqorod bölgələri də yer alıb.

Mənbələrin iddiasına görə, PUA-ların bir qismi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilsə də, bəzi dronlar sənaye və energetika obyektlərinə zərbə endirib.

Rusiya tərəfi hələlik hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb. Hücumların nəticələri və mümkün itkilər dəqiqləşdirilir. 

 

Musavat.com

Seçilən
13
31
musavat.com

10Mənbələr