Rusiya paytaxtı yaxınlığında vəziyyət yenidən gərginləşib.
Musavat.com xəbər verir ki, Moskva ətrafında bir sıra partlayış səsləri eşidilib.
Moskva meri Sergey Sobyanin hadisə ilə bağlı açıqlamasında bildirib ki, Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri paytaxta tərəf uçan pilotsuz uçuş aparatını vurub: “PUA-nın qalıqları şəhər kənarına düşüb. Hadisə yerində fövqəladə xidmətlərin mütəxəssisləri işləyirlər.”
Eyni zamanda, Ukrayna mənbələri Jukovski şəhərində baş verən elektrik enerjisi kəsilməsini qeyd edib. Qeyd edilib ki, bütün Moskva vilayətini, hətta paytaxtın özündə də işıqlar sönüb.
Bildirilir ki, Moskvaətrafı bölgələrdə genişmiqyaslı işıqsızlıq müşahidə olunur. Maraqlıdır ki, Rusiyanın əsas dövlət mediası — TASS, RİA Novosti, RT, 360.ru və Solovyov Live kimi prokreml informasiya kanalları hadisə barədə heç bir məlumat paylaşmır.
Hazırda enerji təchizatının bərpası istiqamətində işlərin aparıldığı bildirilir. Hadisənin səbəbləri ilə bağlı rəsmi açıqlama hələlik verilməyib.
Musavat.com