AZ

Bolqarıstan ‘LUKOIL’ sanksiyalarına görə yanacaq ixracını dayandırdı

Bolqarıstan parlamenti ölkədə dizel və aviasiya yanacağının ixracını müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, qərar, ABŞ prezidenti Donald Tramp administrasiyasının “Rosneft” və “LUKOIL”-ə qarşı tətbiq etdiyi yeni sanksiyalar fonunda qəbul olunub.

Məqsəd – yanacaq qıtlığının qarşısını almaq və daxili bazarın sabitliyini qorumaqdır.

Dpa agentliyinin məlumatına görə, məhdudiyyətlər Avropa İttifaqı ölkələrinə ixracı da əhatə edir.

Musavat.com

Seçilən
33
50
musavat.com

10Mənbələr