AZ

“Lukoil”a qarşı sanksiyalar Bolqarıstanda böhran yaratdı

ABŞ-ın Rusiyanın “Lukoil” şirkətinə qarşı sanksiyaları Bolqarıstanda ciddi siyasi böhrana səbəb ola bilər.

"Ölkə.az" xəbər verir ki, “Politico”nun məlumatına görə, Bolqarıstan hökuməti iqtisadi məhdudiyyətlərin etiraz dalğası və hökumətin süqutu ilə nəticələnəcəyindən ehtiyat edir. Bu səbəbdən Sofiya Vaşinqtona “Lukoil”a qarşı sanksiyalardan imtina üçün müraciət etməyi planlaşdırır.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyanın iki ən böyük enerji nəhəngi, “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalar elan edib. Bunun ardınca bu şirkətlərin fəaliyyət göstərdiyi bir sıra Aİ ölkələri məhdudiyyətlərdən imtina üçün müraciət etməyə məcbur qalıblar.

Bolqarıstanda “Lukoil”a məxsus Burqas neft emalı zavodu yerləşir. Zavod ölkənin yanacaq tələbatının təxminən 80 faizini ödəyir və ölkə iqtisadiyyatında mühüm rol oynayır.

Mənbələrin məlumatına görə, Bolqarıstan hökuməti Vaşinqtonla əlaqə saxlayaraq sanksiyalardan imtina prosedurunu öyrənmək istəyib. Rəsmi Sofiya hesab edir ki, məhdudiyyətlər neft emalı zavodunun fəaliyyətini dayandırmasına, bu isə yanacaq çatışmazlığı və genişmiqyaslı etirazlarla nəticələnə bilər.

Ekspertlərin fikrincə, vəziyyət hökumətin süqutuna qədər gedib çıxa bilər. Bununla belə, bəzi analitiklər bu iddiaların Bolqarıstan hakimiyyəti tərəfindən ABŞ-a təzyiq məqsədilə istifadə oluna biləcəyini istisna etmirlər.

Qeyd edək ki, oktyabrın 22-də ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edib. Məhdudiyyətlər “Rosneft” və “Lukoil” şirkətlərini, həmçinin onların Rusiyadakı törəmə müəssisələrini əhatə edir. Bu qanun pozuntuları həm ABŞ vətəndaşları, həm də əcnəbilər üçün mülki və cinayət məsuliyyəti yaradır.

Bundan sonra Bolqarıstan parlamenti ABŞ sanksiyaları səbəbindən Avropa İttifaqı ölkələrinə, o cümlədən dizel və aviasiya yanacağı tədarükünü dayandırmaq barədə qərar qəbul edib.(musavat.com)

Seçilən
2
2
olke.az

10Mənbələr