AZ

Xaçaturyan Misirə getdi

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan noyabrın 1-dən 3-dək Misir Ərəb Respublikasında işgüzar səfərdə olacaq.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Ermənistan Prezident Administrasiyası yayıb.

Qeyd olunub ki, səfər Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə baş tutacaq. Xaçaturyan Qahirədə keçiriləcək Misir Milli Muzeyinin açılış mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Ermənistan Prezidentinin beynəlxalq tərəfdaşlarla bir sıra görüşləri də planlaşdırılıb.

Seçilən
20
5
sitat.info

9Mənbələr