AZ

Xaçaturyan Misirə səfər edəcək

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan noyabrın 1-dən 3-dək Misir Ərəb Respublikasında işgüzar səfərdə olacaq.Bu barədə Ermənistan Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, səfər Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə baş tutacaq. Xaçaturyan Qahirədə keçiriləcək Misir Milli Muzeyinin açılış mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Ermənistan Prezidentinin beynəlxalq tərəfdaşlarla bir sıra görüşləri də planlaşdırılıb.

Seçilən
39
5
anews.az

9Mənbələr