AZ

Mustafa Destici Qarabağdan paylaşım etdi: “Xocalı şəhidlərini rəhmətlə yad etdik”

Qardaş Türkiyənin Böyük Birlik Partiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa Destici Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunmuş Qarabağı ziyarət edib.

Musavat.com xəbər verir ki, səfər zamanı o, ermənilər tərəfindən tamamilə dağıdılmış Ağdam şəhərini gəzib, daha sonra isə Xocalı şəhərinə yollanaraq 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən soyqırıma məruz qalan Xocalı şəhidlərini ehtiramla yad edib.

Destici ziyarət zamanı etdiyi paylaşımda bildirib:

“Bütün binaları və gözəllikləri ermənilər tərəfindən yox edilən Azərbaycan Ağdamını ziyarətimizin ardından, erməni hərbi qüvvələri tərəfindən soyqırıma məruz qalan və qətlə yetirilən Xocalı şəhidlərimizi rəhmətlə yad etdik. Ruhları şad, məkanları cənnət olsun.”

Qardaş ölkənin siyasətçisi paylaşımında həmçinin qeyd edib ki, Azərbaycan xalqının azadlıq mübarizəsi və Qarabağın dirçəlişi bütün Türk dünyası üçün qürur mənbəyidir.

Desticinin bu ziyarəti Türkiyə-Azərbaycan qardaşlığının və birliyinin daha bir simvolu kimi dəyərləndirilir.

Musavat.com

Seçilən
5
5
musavat.com

6Mənbələr