AZ

Türkiyə Milli Müdafiə Nazirliyindən Azərbaycanla bağlı möhtəşəm paylaşım FOTO

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanla hərbi qardaşlığın gücünü bir daha nümayiş etdirib.Bizim.Media xəbər verir ki, Nazirliyin rəsmi səhifəsində yayılan paylaşımda Naxçıvanda keçirilən “2-ci Dönəm Komando Əsas Təlimi”nin uğurla başa çatdığı vurğulanıb.Paylaşımda iki qardaş ölkənin əsgərlərinin birliyini ifadə edən bu sözlər yer alıb:“Eyni sevda ocağında aşkla yoğrulan hamurumuz birdir bizim.Vatana kurban olalım diye yakılan kınamız birdir bizim.” (Eyni sevda ocağında sevgi ilə yoğrulmuş xəmirimiz birdir. Vətənimiz üçün qurban olaraq yandırılmış xınamız birdir).Nazirlik qeyd edib ki, Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının təşkil etdiyi “Dövr Sonu Təlimi” çərçivəsində Türk və Azərbaycan komandoları bir ürək, bir bilək kimi çıxış edərək əbədi qardaşlığın sarsılmaz gücünü bir daha göstəriblər.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
2
bizim.media

10Mənbələr