AZ

Vəkilin ölümünə görə axtarılan azərbaycanlı Moskvada tutuldu

İstanbulda sui-qəsd nəticəsində öldürülən vəkil Sərdar Öktemin qətlini sifariş verməkdə şübhəli bilinən şəxs Moskvada saxlanılıb.

"Cebheinfo.az" Oxu.az-a istinadən xəbər verir ki, saxlanılan "Alican Çakır" ləqəbli Əli Gülmalızadədir.

Türkiyə mətbuatı onun Azərbaycan vətəndaşı olduğunu qeyd edir. Onun oktyabrın 23-də keçirilmiş xüsusi əməliyyat zamanı Rusiya paytaxtında saxlanıldığı bildirilir. 

Gülmalızadənin Türkiyəyə ekstradisiyası üçün müvafiq prosedura başlanılıb.

Xatırladaq ki, Öktem oktyabrın 6-da İstanbulun Şişli rayonunda avtomobilində silahlı hücuma məruz qalıb.

"Cebheinfo.az" 

Seçilən
1
9
cebheinfo.az

10Mənbələr