AZ

"Nəfəs – söz və səsin vəhdəti" adlı layihə təqdim edildi

YARAT Müasir İncəsənət Mərkəzində "Bakıya uçuş. Art Weekend. Gələcəyi İNDİ hiss et" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) təşəbbüsü çərçivəsində həyata keçirilən "Nəfəs – söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı olub.

Publika.az xəbər verir ki, tədbirdə "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Festival üçün xüsusi olaraq SÖZ multidisiplinar mərkəzi tərəfindən hazırlanmış immersiv performans mistik musiqini, sufi poeziyasını və insan səsinin gücünü bir araya gətirib. Səhnədə Savalan və Çardaq qruplarının ifasında səslənən etnik melodiyalar və melodramatik deklamasiya mənəvi vəhdət, dərinlik və təfəkkür atmosferi yaradıb.

Şair və SÖZ multidisiplinar mərkəzinin yaradıcısı Nigar Həsənzadə bildirib ki, layihənin ideyası "Fly to Baku. Art Weekend. Sense the Future NOW" festivalına dəvət alındıqdan dərhal sonra yaranıb.

Seçilən
23
19
publika.az

10Mənbələr