Leyla və Arzu Əliyevalar bu layihənin təqdimatında - FOTO
Ajans.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəriLeyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyevaiştirak ediblər. Festival üçün xüsusi olaraq SÖZ multidisiplinar mərkəzi tərəfindən hazırlanmış immersiv performans mistik musiqini, sufi poeziyasını və insan səsinin gücünü bir araya gətirib. Səhnədə "Savalan" və "Çardaq" qruplarının ifasında səslənən etnik melodiyalar və melodramatik deklamasiya mənəvi vəhdət, dərinlik və təfəkkür atmosferi yaradıb. Şair və SÖZ multidisiplinar mərkəzinin yaradıcısı Nigar Həsənzadə bildirib ki, layihənin ideyası "Fly to Baku. Art Weekend. Sense the Future NOW" festivalına dəvət alındıqdan dərhal sonra yaranıb. Performansın fəlsəfəsindən danışan N.Həsənzadə qeyd edib ki, layihə mistik musiqi, poeziya və insan səsinin gücünü birləşdirir. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən "Art Weekend" festivalı ilk dəfə olaraq Bakıda reallaşır və noyabrın 2-dək davam edəcək.