AZ

Batumidə ev alan xaricilərin sayı artıb

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

Gürcüstanın Batumi şəhərində mənzil alanların 77 faizini əcnəbilər təşkil edir. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə “Galt & Taggart” analitik şirkəti məlumat yayıb.

Bildirilib ki, 2025-ci ildə Batumidə satılan mənzillərin 77 faizini əcnəbilər, 23 faizini isə Gürcüstan vətəndaşları alıblar. Bu göstərici ilə yerli alıcıların payı ötən illə müqayisədə 4 faiz artıb. Batumidə mənzil alan Gürcüstan vətəndaşları arasında Gürcüstan vətəndaşlığını qəbul etmiş xaricilər də var.

Qeyd olunubki, Batumidə daşınmaz əmlak alanların 20 faizini Ukrayna, Rusiya və Belarus, 16 faizini İsrail, 12 faizini isə Avropa ölkələrinin vətəndaşları təşkil edirlər.

Batumidə mənzil alanların arasında Türkiyə vətəndaşları 9 faiz, Ərəb ölkələri 7, Mərkəzi Asiya ölkələri 6, Azərbaycan və Ermənistan vətəndaşları isə 2 faiz paya malikdirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
2
ayna.az

3Mənbələr