AZ

Elmar Baxşıyev: “Üstün oynadığımız matçı məğlubiyyətlə bitirdik”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 10-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş oyunu Naxçıvan təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Elmar Baxşıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda müdafiə yox, hücuma üstünlük verirdi. Ağır məğlubiyyət oldu. Komanda olaraq, düzgün reaksiya versək, qarşıdakı matçlar bizim üçün faydalı olacaq. Oyunu rahat qələbə ilə bitirə bilərdik. Sadəcə, bizim səhvlərimizdən sonra belə məğlubiyyət alındı. Futbol səhvlər üzərində qurulmuş oyundur. Bu səhvləri aradan qaldırsaq, qarşıdakı oyunlarda qələbələrə daha yaxın ola bilərik. Çempionat hamı üçün ağırdır. Bu məğlubiyyətə görə günahı yalnız müdafiəçilərimizin üzərinə atmaq istəməzdim. Komanda olaraq boşluqlar verirdik ki, rəqib də ondan istifadə edirdi. Fərdi səhvlər var idi. Onu aradan qaldırsaq, komanda kimi müdafiədə daha da yaxşı olacağıq. Elə səhvlərdir ki, onun üzərində işləməliyik. Komanda olaraq daha artığını etməliyik ki, üstün oynadığımız matçı məğlub bitirməyək”.

Baxşıyev Qara Qarayevin son vaxtlarda daha çox ehtiyatda qalmasına da aydınlıq gətirib:

“Həmin zonada rəqabət var. Yaxşı, sağlam rəqabət gedir. Qarşıdakı matçlarda Qara da şans qazanacaq. Sadəcə, elə olur ki, hazırda az şans qazanır. Qara öz üzərində maksimum çalışan futbolçudur”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
17
1
arena.az

4Mənbələr