AZ

HƏMAS üç israilli girovun cəsədini BQXK-yə təhvil verəcək

BAKI, 2 noyabr. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı daha üç israilli girovun cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

Teleqraf xəbər verir ki, bu barədə müvafiq bəyanat hərəkatın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın "Telegram" kanalında yayımlanıb.

"Razılaşma çərçivəsində bu gün Qəzza zolağının cənubunda tapılan daha üç girovun cəsədini [tibb] heyətinə təhvil verəcəyik", - deyə bəyanatda bildirilib.

Həkimlərin ölən məhbusların cəsədlərini anklavın hansı ərazisində qəbul edəcəyi barədə məlumat verilməyib.

Seçilən
17
2
teleqraf.com

3Mənbələr