AZ

HƏMAS üç İsrail girovunun cəsədini BQXK-yə təhvil verəcək

Fələstinin "HƏMAS" hərəkatı daha üç israilli girovun cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə müvafiq bəyanat hərəkatın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın "Telegram" kanalında yayımlanıb.

"Razılaşma çərçivəsində bu gün Qəzza zolağının cənubunda tapılan daha üç girovun cəsədini [tibb] heyətinə təhvil verəcəyik", - deyə bəyanatda bildirilib.

Həkimlərin ölən məhbusların cəsədlərini anklavın hansı ərazisində qəbul edəcəyi barədə məlumat verilməyib.

Seçilən
8
2
ikisahil.az

3Mənbələr