AZ

Bu ölkədə DƏHŞƏTLİ ZƏLZƏLƏ - Ölənlər var - VİDEO

Əfqanıstanın şimalında 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Kəşfiyyat Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Hulm bölgəsində yerləşib, zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yaranıb.

Təbii fəlakət nəticəsində ilkin məlumata əsasən, azı yeddi nəfər həlak olub, bir neçə nəfərin yaralandığı bildirilir. Dağıntıların miqyası və itkilərin sayı ilə bağlı dəqiqləşdirmə işləri davam edir.

Xatırladaq ki, Əfqanıstan son aylarda bir neçə dəfə güclü yeraltı təkanlarla sarsılıb. Region seysmik cəhətdən aktiv zona hesab olunur.

Seçilən
37
6
musavat.com

7Mənbələr