AZ

Əfqanıstanda DƏHŞƏTLİ ZƏLZƏLƏ - Ölənlər və yaralananlar var

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 20 nəfər ölüb, 140-dan çox insan yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Afghanistan International" Milli Olimpiya Komitəsinin, "Taliban" hökumətinin Bədən Tərbiyəsi və İdman İdarəsinin sədri Maulvi Əhmədullah Vasiqin feysbukdakı açıqlamasına istinad edib.
 
Məmur qeyd edib ki, ən böyük dağıntı və itkilər Samanqan və Balx əyalətlərinin şimalında, xüsusən də Daşkurqan şəhərində qeydə alınıb.
 
"Zəlzələnin yeraltı təkanları çox güclü olub və ölənlərin sayı arta bilər", - Əhmədullah Vasiq yazıb.
 
Xatırladaq ki, Bakı vaxtı ilə saat 00:28-də Əfqanıstanın şimalındakı Balx əyalətində, Məzari-Şərifdən 45 km cənub-şərqdə 6,3 maqnitudada zəlzələ qeydə alınıb.
 
Xatırladaq ki, Əfqanıstanda 2025-ci ilin avqust ayında da 6 maqnitudada zəlzələ baş verib. Təbii fəlakət 2 200-dən çox insanın həyatına son qoyub.
 
***
 
Əfqanıstanın şimalında 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Kəşfiyyat Xidməti (USGS) məlumat yayıb.
 
Məlumata görə, yeraltı təkanların episentri Hulm bölgəsində yerləşib, zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yaranıb.
 
Təbii fəlakət nəticəsində ilkin məlumata əsasən, azı yeddi nəfər həlak olub, bir neçə nəfərin yaralandığı bildirilir. Dağıntıların miqyası və itkilərin sayı ilə bağlı dəqiqləşdirmə işləri davam edir.
 
Xatırladaq ki, Əfqanıstan son aylarda bir neçə dəfə güclü yeraltı təkanlarla sarsılıb. Region seysmik cəhətdən aktiv zona hesab olunur.
 
Seçilən
28
6
moderator.az

8Mənbələr