Milli Məclisin Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanatının layihəsi hazırlanıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bəyanatı deputat Tural Gəncəliyev oxuyur.
Qeyd edək ki, parlamentdə Milli Məclisin Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanatın layihəsini hazırlamaq üçün komissiya yaradılıb. Komissiyanın sədri Nizami Səfərov, Komissiyanın üzvləri Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev, Razi Nurullayevdir.
saat 11.03
Milli Məclis Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edəcək.
Bu barədə məsələ parlamentin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılıb.
***
saat 09.48
Milli Məclis Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edəcək.
Bu barədə məsələ parlamentin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.
