Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, müzakirələrdən sonra bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
***
saat 11.50
Milli Məclisin Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanatının layihəsi hazırlanıb.
APA-nın xəbərinə görə, bəyanatı deputat Tural Gəncəliyev oxuyub.
Bəyanatda bildirilir ki, Milli Məclis 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin qərəzli qətnamə qəbul etməsinə qəti etirazını bildirir: “Xatırladırıq ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Yaxşı olar ki, Avropa Parlamenti daha köklü problemləri ilə məşğul olsun. Qəbul edilən qətnamə islsmafob deputatların təşəbbüsü əsasında hazırlanıb. Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin 20 %-nin 30 ildən çoxdur işğal altında olmasına etinasızlıq göstərən Avropa Parlamentinin qondarma qurumun müdafiəsinə yönələn belə qətnaməni qəbul etməsi separatizmə dəstək verməkdir. Fransa regionda sülhün əldə olmasına başlıca maneəyə çevrilib. Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləməsi müstəmləkəçilik siyasətinin təzahürüdür. Qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdıqdan sonra Avropa Parlamentinin onu dəstəkləməsi siyasi riyakarlıqdan xəbər verir”.
Qeyd edək ki, parlamentdə Milli Məclisin Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanatın layihəsini hazırlamaq üçün komissiya yaradılıb. Komissiyanın sədri Nizami Səfərov, Komissiyanın üzvləri Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev, Razi Nurullayevdir.
***
saat 11.03
Milli Məclis Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edəcək.
APA-nın xəbərinə görə, bu barədə məsələ parlamentin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılıb.
***
saat 09.48
Milli Məclis Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edəcək.
APA-nın xəbərinə görə, bu barədə məsələ parlamentin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.