AZ

“Neftçi” Azərbaycan çempionatında yeni rekord əldə edib

“Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atıb.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” buna Misli Premyer Liqasının X turunda “Kəpəz”i 5:1 hesabı ilə məğlub etməklə nail olub.

Bakı təmsilçisi cari mövsüm çempionatda ilk böyükhesablı qələbəsini qazanıb.

Bu, “Neftçi”nin ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür.

Paytaxt klubu yalnız iki dəfə - 2009/2010 və 2015/2016 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb. Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.

İdman.Biz

Məqalədə:
Seçilən
21
11
idman.biz

10Mənbələr