AZ

“Neftçi”dən yeni rekord

“Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atıb.

"Cebheinfo.az" xəbər verir ki, “ağ-qaralar” buna Misli Premyer Liqasının X turunda “Kəpəz”i 5:1 hesabı ilə məğlub etməklə nail olub.

Bakı təmsilçisi cari mövsüm çempionatda ilk böyükhesablı qələbəsini qazanıb. Bu, “Neftçi”nin ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür.

Paytaxt klubu yalnız iki dəfə – 2009/2010 və 2015/2016 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb. Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.

"Cebheinfo.az"

Seçilən
16
11
cebheinfo.az

10Mənbələr