AZ

Azərbaycan və Ukrayna birgə dərman vasitələri istehsal edə bilər

Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan və Ukrayna arasında səhiyyə sənayesi sahəsində işbirliyinin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bu barədə  İqtisadiyyat Nazirliyindən bildirilib.

Belə ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ukraynanın səhiyyə naziri Viktor Lyaşko ilə görüşüb.

Görüşdə Azərbaycanın Ukrayna ilə iqtisadi əməkdaşlığa önəm verdiyi qeyd olunub. Ukrayna ilə müxtəlif iqtisadi istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, ticarət və investisiya əməkdaşlığı münasibətlərdə mühüm istiqamətlərdəndir.

Tərəflər Azərbaycan və Ukrayna arasında səhiyyə sənayesi sahəsində işbirliyinin dərinləşdirilməsi, dərman vasitələrinin birgə istehsalı barədə fikir mübadiləsi aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
13
banco.az

10Mənbələr