Azərbaycan və Ukrayna arasında səhiyyə sənayesi sahəsində işbirliyinin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb...
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycanın Ukrayna ilə iqtisadi əməkdaşlığa önəm verdiyi qeyd olunub. Ukrayna ilə müxtəlif iqtisadi istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, ticarət və investisiya əməkdaşlığı münasibətlərdə mühüm istiqamətlərdəndir.
Tərəflər Azərbaycan və Ukrayna arasında səhiyyə sənayesi sahəsində işbirliyinin dərinləşdirilməsi, dərman vasitələrinin birgə istehsalı barədə fikir mübadiləsi aparıblar.
Poliqon.info