AZ

Azərbaycanda 5 bankın 9 aylıq faiz gəlirləri 185 milyon manatdan çoxdur

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin faiz gəlirləri 225 milyon manatdan çox olub.

Bunlar, “Kapital Bank” (874,7 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (805,6 milyon manat), “PAŞA Bank” (396,7 milyon manat), “Bank Respublika” (217,7 milyon manat) və “Access Bank”dır (187,15 milyon manat).

Qalan 17 bankdan 4-də faiz gəlirləri 100-185 milyon manat arasında, 12 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan 1-nin – “Bank Avrasiya”nın faiz gəlirləri azalıb – 0,1%. Qalan 21 bankın isə faiz gəlirləri artıb.

Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (43,1%), ən aşağı dinamika isə “AFB Bank”da (1,6%) qeydə alınıb.

İş elanları AzVak.az-da

© Yurd.Media 

Seçilən
12
2
marja.az

3Mənbələr