AZ

® “Qara qızılın saldığı dəmir yollar” fotosərgisi Sabunçu vağzalına köçdü

Sabunçu Dəmiryol Vağzalının sərnişinləri növbəti günlər ərzində buradan keçərkən “Qara qızılın saldığı dəmir yollar” fotosərgisi ilə də tanış ola biləcəklər. Vağzalın üst mərtəbəsində açılan sərgi Azərbaycanın sənaye tarixində mühüm yer tutan iki sahənin – neft və dəmir yollarının bir-birini tamamlayan inkişaf yolunu nümayiş etdirir.

“Azərbaycan Dəmir Yolları”nın bu il keçirilən 145 illik yubileyinə həsr olunan fotosərgi “Balakhani Operating Company” ilə birgə təşkil edilib. İzləyiciləri vizual tarixi ekskursiyaya aparan sərgi xatırladır ki, Azərbaycanda XIX əsrin sonlarında başlanan neft hasilatı nəqliyyat sisteminin inkişafını da zəruri edib. Buna görə də 1880-ci ildə ilk dəmir yolu xətti – Bakı–Sabunçu–Suraxanı marşrutu istifadəyə verilib. Bu qatarlar dünyada ilk dəfə nefti vaqon-sisternlərlə daşıyaraq tarix yazıblar. Həmin dəmir yolları təkcə neft deyil, həm də sərnişinləri daşıyırdı - Abşeronun mədənlərindən şəhərə və ya əksinə üz tutan minlərlə neftçini, onların ailələrini.

Rəsmi açılış tarixi Sabunçu vağzalı - bugünkü Dəmiryol Muzeyində baş tutan fotosərgidə çıxış edən “Balakhani Operating Company” hasilat şirkətinin prezidenti Rövşən Rzayev vurğuladı ki, neftçilərlə dəmiryolçuların peşəkar yolları və fəaliyyəti bu günə qədər sıx bağlıdır. Hətta bu gün Sabunçu və Suraxanı rayonlarındakı mədənlərdə çalışan əməkdaşların 10 faizindan çoxu işə qatarla gəlib gedirlər.

“Qara qızılın saldığı dəmir yollar” fotosərgisində nümayiş etdirilən tarixi fotoların əksəriyyəti Milli Arxiv İdarəsindən alınaraq ilk dəfə izləyicilərə təqdim olunur.

Seçilən
43
50
azertag.az

10Mənbələr