AZ

Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Pekin, 3 noyabr, AZƏRTAC

Noyabrın 5-dən 10-dək Şanxay şəhərində 8-ci Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır.

Şanxay sərgisində 155 ölkə və beynəlxalq təşkilatdan təxminən 4108 iştirakçı iştirak edəcək. Sərginin 430 min kvadratmetrlik ekspozisiya sahəsində ölkə və şirkət pavilyonlarında məhsul, texnologiya və xidmətlər təqdim olunacaq.

Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisinin davamlı iştirakçısı kimi builki sərgidə də iştirak edəcək. Azərbaycana aid 2 milli pavilyonda ixracyönümlü məhsullarımız təqdim ediləcək, Azərbaycanın iqtisadi potensialı, turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı, sahələrində qazanılan nailiyyətləri, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti nümayiş olunacaq.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
6
azertag.az

7Mənbələr