AZ

ABŞ BMT-yə Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini təklif edib

BAKI, 4 noyabr. TELEQRAF

ABŞ rəsmiləri BMT Təhlükəsizlik Şurasının üzv ölkələrinə Qəzza zolağında beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan qətnamə layihəsi təqdim ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Sənədə əsasən, ABŞ və digər iştirakçı dövlətlərin qüvvələri Qəzzədə təhlükəsizliyi təmin edəcək və bölgəni idarə edəcək. Missiyanın 2027-ci ilin sonuna qədər davam etməsi, həmçinin müddətin uzadılması imkanı nəzərdə tutulur.

Layihəyə görə, beynəlxalq qüvvələr İsrail və Misir sərhədlərinin təhlükəsizliyinə nəzarət edəcək, mülki əhalinin və humanitar dəhlizlərin qorunmasını təmin edəcək, həmçinin yeni Fələstin polisinin hazırlanmasına dəstək göstərəcək.

Missiyanın vəzifələrinə Qəzzanın silahsızlaşdırılması, hərbi və hücum infrastrukturlarının məhv edilməsi və silahlı qruplardan silahların müsadirəsi də daxildir.

Qətnamə layihəsinin yaxın günlərdə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması gözlənilir.

Seçilən
64
3
teleqraf.com

6Mənbələr